Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 ünvanında yerləşən yarıtikili bina güclü yağış və intensiv dolu nəticəsində qismən çöküb.
Hadisə yerində olan şəxsin Bakıvaxtı.az-a dediyinə görə, bina uzun müddətdir yarımçıq vəziyyətdə olduğundan içəridə heç kəs olmayıb.
İlkin məlumata görə, çökmə əsasən tikilidə və daşıyıcı konstruksiyalarında qeydə alınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Murad İsmayıl