Mikrosahibkar böyüdükdə əvvəl ödədiyi vergilər yeni öhdəliyindən çıxıla bilər

11.11.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mikrosahibkarlıq kateqoriyasından kiçik və ya orta sahibkarlıq kateqoriyasına keçən sahibkarlar üçün yeni vergi güzəşti təklif olunur. Layihə qəbul edilərsə, sahibkarın mikrosahibkar olduğu əvvəlki dövrlərdə hesablanmış və ödənilmiş vergi məbləğləri onun yeni kateqoriyaya keçdikdən sonra yaranan vergi öhdəliklərindən 100 faiz həcmində çıxılacaq.

Marja.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev “İqtisadi zona” proqramında bildirib.

Onun sözlərinə görə, dövriyyəsi və ya işçi sayı artaraq daha yüksək kateqoriyaya keçən sahibkar mikrosahibkarlar üçün nəzərdə tutulan güzəştlərdən yararlana bilmir və vergi yükü artır. Təklif olunan mexanizm bu keçid zamanı yaranan vergi yükünü azaltmaq və sahibkarların fəaliyyətini genişləndirməsini təşviq etmək məqsədi daşıyır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью