Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari ilin yanvar ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,048 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin sonu ilə müqayisədə 59 milyon manat və ya 1,9% azdır.
Belə ki, 2024-cü ilin sonunda Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlətin həcmi 3,107 milyard manat idi.
Qeyd edək ki, ötən ayın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,7 milyard manat təşkil edib.
Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 13,9% və ya 1,798 milyard manat artıb.
2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,9 milyard manat olub.
Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 178 min 61 mikrosahibkarlıq subyekti fəaliyyət göstərir.