Mil Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub

04.02.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nadir Tahir oğlu Quliyev Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, N.Quliyev bundan öncə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью