Milad ağaclarını yeməyin Qəribə XƏBƏRDARLIQ

08.01.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belçika hökuməti vətəndaşlara Milad ağaclarını yeməmək barədə xəbərdarlıq edib.

Modern.az-ın məlumatına görə, bu barədə "La Depeche du Midi" nəşri yazıb.

Bildirilir ki, xəbərdarlıq Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (AFSCA) tərəfindən edilib.

Xəbərdarlıq Flandriya vilayətinin Gent şəhərinin rəsmi saytında ağacların yeyilməsi ilə bağlı müraciətin yer alması ilə əlaqədardır.

Şəhər bələdiyyəsinin saytındakı məqalədə Skandinaviya ənənəsini təsvir edən Şam ağacı iynələrini təmizləmək və qurutmaq, sonra onlardan, məsələn, ətirli yağ hazırlamaqdan bəhs edilir. Bununla bağlı abzas “Milad ağacınızı yeyin!” ifadəsi ilə başlayır. AFSCA çağırışa cavab olaraq Milad ağaclarının həm insanlar, həm də heyvanlar üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью