Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir. Din insanlıq tarixinin ən dərin ruhani xəzinələrindən biridir.
Din insanları sevgi, mərhəmət və anlayışa dəvət edir. Mənsəbindən asılı olmayaraq bütün dinlər müqəddəsdir.
Çünki hər bir dinin əsasında ilahi sevgi dayanır. Din, insan ürəyindəki ilahi qığılcımı alovlandıran bir nurdur.
O, bizi qaranlıqda yol göstərən və insanlığımızı dərinləşdirən mənəvi xəzinədir. Dünyada müxtəlif dinlər var.
Lakin qəbul edilən və inanılan 4 əsas din var: İslam, Xristianlıq, Yəhudilik, Buddizm. Dünya əhalisinin 32%-i xristian, 23%-i müsəlmandır.
Dünyda insanların 15%-i hinduizmə, 7%-i Buddizmə, 0,2%-i isə yəhudiliyə sitayiş edir.
Bu gündən xristian mədəniyyəti üçün ən əlamətdar bayramlardan biri - Milad başlayır. Milad on iki ən mühüm xristian bayramlarından biridir.
Hər il dekabr ayının 25-i xristian dünyası yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramını qeyd edir.