Milan 20 yaşlı gürcünü rənglərinə bağlamaq istəyir

12.01.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Milan" "Empoli"nin müdafiəçisi Saba Qoqliçidzeni transfer etmək istəyir. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı-qaralar" gürcü futbolçunu bu qış "rənglərinə bağlamaq" və mövsümün sonunadək "Empoli"yə icarəyə vermək istəyir.

"Yuventus"un da yayda Qoqliçidzeni almaq variantını nəzərdən keçirdiyi vurğulanır.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью