“Milan” 40 milyonluq müdafiəçi ilə maraqlanır

30.06.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sportinq”in futbolçusu Qonçalo İnasio karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” mərkəz müdafiəçisini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı-qaralar”ın yeni baş məşqçisi Ruben Amorim rəhbərlikdən müdafiəçinin heyətə cəlb edilməsini istəyib.

Portuqaliyalı futbolçu ötən mövsüm 46 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 40 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью