“Milan” Abraham barədə qərarını verdi

16.04.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Milan” hücumçusu Tammi Abraham üçün planlarını açıqlayıb.

Futbolprees.az xəbər verir ki, “Corriere dello Sport” səhifələrində yer alan məlumata görə, texniki direktor vəzifəsi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, “rossonerilər” Abrahamı “Roma”dan alacaq.

Abraham “Milan”a keçən yayın sonunda keçib. Həmin tarixdən etibarən forma geyinən hücumçu 40 matçda 10 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı 27 yaşlı Abrahamın dəyərini 15 milyon avro qiymətləndirir.

“Milan” hazırda İtaliya çempionatında 9-cu pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью