Milan ABŞ yə getməyəcək

31.03.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Milan” yeni mövsümə ABŞ-də hazırlaşmayacaq.

Fanat.Az xəbər verir ki, son illər okeanın o tayına üz tutan "qırmızı-qaralar" bu dəfə Asiyaya yollanacaqlar. 

Artıq 3 yoxlama oyununun baş tutacağı da dəqiqləşib.

“Milan” iyulun 26-da Honkonqun yeni istifadə verilən “Kay Tak” arenasında “Liverpul”la qüvvəsini sınayacaq. Avropalılar “Standard Chartered Tropy” uğrunda mübarizə aparacaqlar.

Digər iki rəqibdən birinin “Arsenal” olması mümkündür. Razılıq əldə olunsa, tərəflər Sinqapurda qarşılaşacaq.

İtaliya nəhəngi təlim-məşq toplanışında həm növbəti mövsümə hazırlaşmağı, həm də pul qazanmağı planlaşırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью