Milan Arda Gülər üçün hərəkətə keçdi

10.01.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Real"ın futbolçusu Arda Gülər karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Milan" türk yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı-qaralar" Ardanın keçidi ilə bağlı "Real"a müraciət edib. "Kral klubu" 19 yaşlı futbolçunun oyun parktikası qazanması üçün "Milan"a göndərilməsinə isti yanaşır.

Qeyd edək ki, "Real" Arda Güləri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matşda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью