Milan baş məşqçisi ilə yolları ayıra bilər

08.03.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın "Milan" klubu baş məşqçi Serxio Konseysao ilə yolları ayıra bilər.

Sfera.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkələrdə məlumat yayıb.

Klub rəhbərliyi A Seriyasında “Leççe” və Komo” ilə matçlarda uğursuzluq yaşayacağı təqdirdə 50 yaşlı mütəxəssisi istefaya göndərəcək.

Qeyd edək ki, S.Konseysao 2024-cü ilin dekabrından Milan təmsilçisini çalışdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью