Milan baş məşqçisiz qaldı Əsas namizəd bəllidir

30.05.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Milan" klubunun baş məşqçisi Serjiu Konseysau 5 aylıq işindən sonra postunu tərk edib. 

Fanat.Az xəbər verir ki, bu barədə İtaliya nəhənginin rəsmi saytı məlumat yayıb. 

Portuqaliyalı mütəxəssis "rossoneri"nin sükanı arxasında 31 matç keçirib. Onlardan 16-sı qələbə, 5-i heç-heçə, 10-u isə məğlubiyyətlə başa çatıb. 

Konseysaunun yetirmələri mövsümü çempionatda səkkizinci yerdə başa vurub, Superkuboku qazanıb və ölkə kubokunun finalında “Bolonya”ya uduzaraq məğlubiyyətlə üzləşib. 

İtaliya mətbuatı Konseysaunu əvəz etməyə əsas namizəd kimi Massimiliano Alleqrinin adını daha çox hallandırır. Onun yaxın günlərdə 2 illik müqavilə imzalayacağı bildirilir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью