Milan bu forvardı komandadan göndərəcək

12.01.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Milan"ın forvardı Luka Yoviç komandadan göndəriləcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, serbiyalı futbolçu "rossonyerlər"in gələcək planlarına daxil deyil.

İtaliya klubu Yoviç üçün gələn transfer təkliflərini bu qış dəyərləndirəcək.

27 yaşlı hücumçu bu mövsüm cəmi 3 matçda meydana çıxıb.

Lukanın "Milan"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, indiyə qədər "Srvena Zvezda", "Apollon"(Limassol), "Ayntraxt"(Frankfurt), "Benfika", "Real"(Madrid), "Fiorentina" klublarında oynayıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью