Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın Milan şəhərindən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçan sərnişin təyyarəsi bomba təhdidi səbəbindən Romadakı Fiumicino hava limanına təcili eniş edib.
Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Flynas aviaşirkətinə məxsus “Airbus A320” tipli təyyarədə 83 sərnişin və 10 ekipaj üzvü olub.
Təyyarə eniş etdikdən sonra aparılan təhlükəsizlik yoxlamaları nəticəsində bomba xəbərdarlığının əsassız olduğu müəyyən edilib.
Təyyarənin sərnişinlərlə birlikdə gecə saatlarında Ciddəyə yola düşəcəyi gözlənilir.