Milan dan ayrılan futbolçu Fransa klubunda

24.01.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Milan"dan ayrılan Fode Ballo-Turenin yeni klubunun adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Havr"a keçib. Fransa Liqa 1-də mübarizə aparan klub Ballo-Ture ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, "Milan" 3 gün əvvəl Fode ilə sözləşməyə xitam verib. Futbolçu ötən ilin yayından A seriyası təmsilçisinin formasını geyinirdi. O, daha əvvəl PSJ, “Monako” və "Fulhem”də də oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью