Milan derbisində heç heçə

05.08.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Milan derbisində heç-heçə

Bu gün "Мilan" və "İnter" arasında yoldaşlıq oyunu keçirilib. 

QOL.az xəbər verir ki, Avstraliyanın Pert şəhərindəki "Optus" stadionunda oynanılan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə "İnter"in yarımmüdafiəçisi Federiko Dimarko açıb. "Milan" isə 84-cü dəqiqədə Kristofer Nkunkunun dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, "Milan" bundan əvvəl "Seltik"lə 2:2 hesablı heç-heçə edib. "İnter" isə "Mançester Siti"ni penaltilər seriyasında məğlub edib (əsas vaxt – 1:1, penaltilər – 3:1).

Ötən mövsüm A Seriyasında "İnter" 87 xalla çempion olub. "Milan" isə 70 xalla 5-ci yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью