Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu müdafiəçi Teo Ernandesin transferi üçün "Milan"la razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, sövdələşmənin dəyəri 30 milyon avro sabit qonorar və əlavə olaraq 5 milyon bonuslardan ibarət olacaq.
Lakin transfer hələ yekunlaşmayıb. Tərəflər futbolçu ilə də şəxsi şərtləri razılaşdırmalıdır. Ernandes "Əl-Hilal"ın səxavətli təklifini qəbul edib-etməmək, yoxsa Avropada qalmaq barədə yaxın vaxtlarda qərar verəcək.
27 yaşlı fransalı müdafiəçi 2019-cu ildən "Milan" klubunda çıxış edir.
Mirağa