“Milan” Feliksi buraxmaq istəmir | Icma.az
Icma.az bildirir, Apasport portalına istinadən. “Milan” Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumçunu 2026-cı ilin yayına qədər icarədə saxlamaq istəyir.
Milan təmsilçisi futbolçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara hazırlaşır. İndiki icarə müqaviləsi yayda başa çatacaq.
“Rossonyeri” növbəti mövsüm üçün 8-10 milyon avro ödəmək arzusundadır.
Klub rəhbərliyi anlaşmada Feliksin sonradan 30-35 milyona transfer olunmaq hüququnu da görmək istəyir.
Qeyd edək ki, Joaonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayında başa çatacaq.
PSJ 3 futbolçusu ilə müqavilə yeniləyib ÇL: Liqa mərhələsinin ən gözəl qolu seçildi Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da “Yunayted” 1/8 Finalda A Seriyasında yanvar ayının ən yaxşısı bəlli olub Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu