​“Milan” “Fənərbaxça”nın futbolçusunu istəyir

20.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Milan” “Fənərbaxça”nın futbolçusu Marko Asensionun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, futbolçunun “Fənərbaxça”dakı uğurlu oyunu İtaliya nəhənginin diqqətini cəlb edib. “Fichejes”də dərc edilən xəbərə görə, “Milan” ispan ulduzu transfer siyahısına əlavə edib. Məlumata görə, “Milan” futbolçunu mövsümün fasiləsində transfer etmək istəyir. İddialara görə, “Fənərbaxça” futbolçunu buraxmaq istəmir.

Qeyd edək ki, Marko Asensio bu mövsüm “Fənərbaxça”da 12 oyunda 4 qola imza atıb və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью