Milan Fransa millisinin üzvünü transfer etmək istəyir

08.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir

“Milan” “Kristal Pelas”ın hücumçusu Jan-Filipe Matetanı transfer etmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Məlumata görə, İtaliya klubu fransalı forvardı ötən qış transfer pəncərəsində də heyətinə qatmaq istəyib. Lakin futbolçunun dizindəki problemlər səbəbindən tərəflər arasında mümkün transfer baş tutmayıb.

İddialara əsasən, Mateta “Milan”a keçəcəyi təqdirdə, onu sabiq baş məşqçisi Oliver Qlasner də izləyə bilər. Bildirilir ki, artıq “Kristal Pelas”dan ayrılan mütəxəssis hazırda İtaliya klubu ilə danışıqlar aparır.

28 yaşlı hücumçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 12 qol vurub. Mateta həmçinin UEFA Konfrans Liqasının finalında "Rayo Vallekano" üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda yeganə qolun müəllifi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью