Milan fransalı müdafiəçini transfer etmək istəyir

26.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

İtaliyanın "Milan" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Brest"də çıxış edən Rafael Le Quendir. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

"Milan" fransalı futbolçunu uzun müddətdir izləyir. "Rossoneri" 20 yaşlı mərkəz müdafiəçisini yanvarda heyətinə qatmaq üçün hərəkətə keçəcək.

Qeyd edək ki, Rafael Le Quen "Brest"in yetirməsidir. Gənc oyunçu bu ilin yanvarında əsas komandaya cəlb olunub. O, cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью