“Milan” fransalını satışa çıxardı

14.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Milan” futbolçusu Kristofer Nkunkunu satışa çıxarıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Fransalı yarımmüdafiəçi artıq yeni klub axtarışındadır.

Daha əvvəl Almaniya və İngiltərə təmsilçilərinin Nkunkuya marağının olduğu bildirilib. Lakin hələlik rəsmi danışıqlar başlamayıb.

Fransa millisinin də üzvü olan yarımmüdafiəçi 2025-ci ildən “Milan”da çıxış edirdi. 28 yaşlı futbolçu komandada 32 oyunda 7 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью