Icma.az bildirir, Qol.az portalına istinadən.
"Milan" Fülkruqun transferini açıqladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Milan" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Vest Hem Yunayted"dən hücumçu Niklas Fülkruqu icarəyə götürüb.
Niklas Füllkruq 9 fevral 1993-cü ildə Almaniyanın Hannover şəhərində anadan olub. O, "Verder"in gənclər akademiyasında yetişib və oyunçu karyerasının ilk hissəsini Almaniyada keçirib, 2019-cu ildə "Verder"ə qayıtmazdan əvvəl "Qroyter Fürt", "Nürnberq" və "Hannover"də oynayıb. 2023-cü ilin yayında o, "Borussiya" Dortmunda transfer olub, 2024-cü ildə isə "Vest Hem Yunayted"ə keçib. Fülkruq 2022-ci ilin noyabr ayında Almaniya millisinə çağırılıb.