Milan futbolçularından analarına jest

09.05.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milan”ın futbolçuları İtaliya A seriyasının 36-cı turunda bu gün “Bolonya” ilə matça analarının soyadları yazılan köynəklərlə çıxacaqlar.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Milan" mayın 11-də qeyd olunacaq Beynəlxaq Analar Günü münasibətilə bu addımı atır.

Oyunun keçiriləcəyi "San Siro" stadionunun ekranlarında və LED lövhələrdə "Milan" əfsanələrinin, futbolçularının və azarkeşlərinin göndərdiyi analarına məxsus fotolar nümayiş olunacaq. 

Qeyd edək ki, “Milan” – “Bolonya” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

"Real" Alonso ilə anlaşıb - KİV "Atletiko" müdafiəçisini sata bilər ÇL: Həftənin rəmzi komandası müəyyənləşib Bundesliqadan Premyer Liqaya İngiltərəli futbolçu “Liverpul”dan ayrıla bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью