Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ milli komandasının forvardı Hacı Rayt “Milan”ın transfer siyahısındadır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” 28 yaşlı futbolçunun keçidini qışda həll etmək istəyir.
“Koventri”yə məxsus olan Hacının müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Liberiya vətəndaşı da olan Rayt “Nyu-York Kosmos”, “Şalke”, “Sandhauzen”, “Venlo”, “Antalyaspor” klublarının formasını geyinib.