Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa millisinin və "Milan"ın müdafiəçisi Teo Hernandez Səudiyyə Ərəbistanı çempionatına keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Teonun yeni komandası "Əl-Hilal" olacaq.
Tərəflər danışıqlar aparıb və transferlə bağlı razılığa gəliblər. Müqavilənin dəyəri 30 milyon avro olacaq.
Bundan əlavə, ərəblər "Milan"a 5 milyon bonus ödəyəcək. Ötən mövsüm Hernandez “rossoneri”nin heyətində 49 matçda iştirak edib, 5 qol vurub,
Teonun "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bellinqhem "Borussiya"ya keçir "Mançester Yunayted" 60 milyon avroluq oyunçu üçün təklif hazırlayır Yamal: “Gələn il daha məhsuldar olacam” "Barselona" yeni qapıçı ilə anlaşıb “Atletiko” kapitanı ilə müqavilə yeniləyib Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.