Milan heyətini meksikalı hücumçu ilə gücləndirəcək

01.02.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A seriyası təmsilçisi "Feyenoord"dan Santyaqo Ximenezi transfer edəcək. 

Niderland klubu "Milan"ın 23 yaşlı mərkəz hücumçusu üçün göndərdiyi son təklifi qəbul edib. 

"Milan" meksikalı futbolçuya görə bonuslar da daxil olmaqla 35 milyon avrodan çox pul ödəyəcək. 

Qeyd edək ki, Ximenez cari mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 16 qol vurub və 3 qolun ötürməsini verib.

Super Liqa: “Eyüpspor” və “Konyaspor”dan qələbə Neymar “Santos”a qayıtdı - video Allan-Sen Maksimen İtaliya yolunda “Fənər”in üzvü “Maribor”da - rəsmi “Qalatasaray” və “Fənərbaxça” zirvədə - STATİSTİKALAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью