Milan ı Napoli yə dəyişdi RƏSMİ | Icma.az
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. İtaliyanın "Napoli" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Milan"dan Noa Okaforu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçrəli vinger mövsümün sonuna kimi "Napoli"də çıxış edəcək. Klublar arasındakı anlaşmada 23,5 milyon avroluq satınalma bəndi yer alıb.
Qeyd edək ki, "Milan" Noa Okaforu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib.
23 yaşlı futbolçu bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu