Milan icarədə olan 17 yaşlı hücumçunu qaytaracaq

17.01.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Milan" "Leççe"yə icarəyə verdiyi Françesko Kamardanı vaxtından əvvəl qaytaracaq.

Sportal.az xəbər verir ki, bu barədə Nikolo Skira məlumat yayıb.

"Rossoneri"nin baş məşqçisi Massimiliano Alleqri 17 yaşlı forvarda mövsümün ikinci yarısında şans verməyi planlaşdırır. İtaliya U-21 millisinin üzvü yaxın günlərdə "Milan"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Françesko Kamarda mövsümün əvvəlində "Leççe"yə icarəyə verilib. Gənc hücumçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью