Milan ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

25.05.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milan"ın vingeri Rafael Leau karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.

Məlumata görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın idman direktoru Andrea Bertanın 10 gün öncə portuqaliyalı cinah hücumçusuna zəng vurduğunu diqqətə çatdırıb.

Cari mövsüm bütün turnirlərdə 50 matça çıxan Leau 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun "qırmızı-qaralar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью