Milan ın fransızı ölümdən döndü VİDEO

12.04.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyasının 32-ci turunda baş tutan "Udineze" - "Milan" matçında qorxulu anlar yaşanıb.

Fanat.Az xəbər verir ki, ikinci hissənin əvvəlində "Milan"ın qapıçısı Mayk Maynyan Alexandro Ximenezlə toqquşaraq başından ağır zərbə alıb. 

Yerə yıxılaraq ayağa qalxa bilməyən fransıza tibbi müdaxilə olunsa da, o, oyunu davam etdirə bilməyib və meydandan xərəkdə aparılıb.

29 yaşlı Maynyan bu mövsüm "Milan"ın heyətində bütün yarışlarda 42 oyun keçirib. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir və "Transfermarkt" qapıçının dəyərini 25 milyon avroya qiymətləndirir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью