Milan ın futbolçusu Yuventus da Rəsmi

05.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Yuventus” mövsümün əvvəlində “Milan”dan icarəyə götürdüyü Pyer Kalulunu birdəfəlik transfer edib.

QOL.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi futbolçu ilə 4 illik müqavilə imzalayıb.

“Qoca sinyora” 25 yaşlı müdafiəçi üçün qarşı tərəfə 14,3 milyon avro ödəniş edib.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm “Yuventus”un heyətində 39 rəsmi matça çıxıb və 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью