Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Milan" hücumçu Divok Origi ilə müqaviləyə xitam verəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skida sosial şəbəkə hesabında paylaşım edib.
Belçikalı futbolçu qış "transfer pəncərəsi"ndə "qırmızı-qaralar"dan ayrılacaq. Mənbənin sözlərinə görə artıq tərəflər arasında məsələ ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Origi 2022-ci ilin yayında "Liverpul"dan "Milan"a keçib. O, 2022/23 mövsümündə İtaliya klubunun heyətində 36 oyuna çıxıb və 2 qol vurub. Forvard uzun müddətdir meydana çıxmır. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.