Milan ın hücumçusu üçün 2025 ci il erkən başa çatdı

05.11.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin hücumçusu Santiaqo Simenes sıradan çıxıb. Bu barədə ESPN televiziyası məlumat yayıb.

Meksikalı forvard ayaq biləyindən zədə alıb. Ximenes 2025-ci ilin sonuna kimi komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Milan" Santiaqo Ximenesi bu ilin yanvar ayında "Feyenoord"dan 32 milyon avroya transfer edib. 24 yaşlı forvard cari mövsümdə "rossoneri"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью