Icma.az bildirir, Qol.az portalına istinadən.
"Milan"ın Modriç qərarı bilindi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Luka Modriç "Milan"la müqaviləsini yeniləməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
40 yaşlı futbolçu kluba şifahi razılıq verib. Modriçin 4,5 milyon avro maaşla 1 mövsümlük müqavilə imzalayacağı bildirilir.
Xatırladaq ki, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin iyulundan "Milan"da çıxış edir. O, bu komanda ilə 37 matçda meydanda olub 2 qol vurub, 3 qol ötürməsi edib.