Milan ın qapıçısı ağır zədə aldı

12.04.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan ağır zədə alıb.

Sportal.az xəbər verir ki, fransalı qolkiper ölkə çempionatının 32-ci turunun "Udineze" ilə matçında zədələnib.

Komanda yoldaşı ilə toqquşan Menyan huşunu itirib. 29 yaşlı "əlcək sahibi" xəstəxanaya çatdırılıb.

Təcrübəli futbolçu bir neçə gün həkim nəzarətində qalacaq və istirahət edəcək.

Qeyd edək ki, Mayk Menyan bu mövsüm "Milan"ın heyətində 45 rəsmi matçda iştirak edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью