Milan ın qapıçısı baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub

04.03.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub.

"Report" xəbər verir ki, o, A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Fransalı qolkiper görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib.

29 yaşlı "əlcək sahibi" bu davranışına görə eyni zamanda 15 min avro cərimələnib.

Qyed edək ki, Menyan martın 8-də "Leççe" ilə keçiriləcək oyunu buraxacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью