Milan ın qapıçısı diskvalifikasiya olundu

05.03.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub.

"Ölkə.az" xəbər verir ki, o, A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Fransalı qolkiper görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib.

29 yaşlı "əlcək sahibi" bu davranışına görə eyni zamanda 15 min avro cərimələnib.

Qyed edək ki, Menyan martın 8-də "Leççe" ilə keçiriləcək oyunu buraxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью