Milan ın sabiq kapitanı 3 klubun hədəfində

22.06.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın üç klubu "Milan"ın sabiq kapitanı Davide Kalabriya uğrunda mübarizə aparır.

Sportal.az xəbər verir ki, "Panatinaikos"da çıxış edən oyunçu burada uğursuzluqla üzləşib və A Seriyasına qayıtmağa qərarlıdır. Bu barədə ​"Sport Mediaset" məlumat yayıb.

Müdafiəçi ilə "Kalyari", "Latsio" və "Bolonya" yaxından maraqlanır. Təkliflərin təfərrüatları hələlik açıqlanmır.

​Qeyd edək ki, Kalabriya daha əvvəl "Bolonya"da çıxış edib və İtaliya Kubokunun qalibi olub. ​29 yaşlı futbolçu "Milan"ın heyətində isə 2022-ci ildə İtaliya çempionluğunu qazanıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью