Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Milan"ın sabiq kapitanı David Kalabriyanın yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Yunanıstan "Panatinaikos"una keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kalabriya "Milan"ın yetirməsidir. O, klubun əsas komandasında 2015-ci ildə debüt etmişdi. İtaliyalı futbolçu bu yay "Milan"dan ayrılıb.