Milan ın sahibi Əl Nəsr klubunda pay əldə etmək istəyir

30.10.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Milan"ın sahibi Cerri Kardinale rəhbərlik etdiyi "RedBird" fondunun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda pay əldə etməklə bağlı ilkin danışıqlar apardığını tədiqləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "La Gazzetta dello Sport"a müsahibəsində bildirib.

Kardinale müzakirələrin ilkin mərhələdə olduğunu vurğulayıb. Həmçinin Kriştiano Ronaldonun futbolçu karyerasını başa vurduqdan sonra klubda tuta biləcəyi potensial rolun onun marağını çəkdiyini etiraf edib:

"Onlar bu imkanı araşdırmaq üçün mənimlə əlaqə saxladılar. Ronaldonun karyerasını bitirdikdən sonra nə etmək istəyə biləcəyini görmək mənə maraqlıdır". 

Qeyd edək ki, artıq "Tuluza" və "Milan" klublarının sahibi olan iş adamı, çoxklublu layihələri nəzərdən keçirməyə davam edəcəyini də söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью