Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Milan"ın vingeri Rafael Leao "Əl-Hilal"ın maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə klubu portuqal futbolçu uğrunda "Bavariya" və digər Avropa nəhəngləri ilə yarışmağa hazırdır.
Artıq Ər-Riyad klubunun nümayəndələri “rossoneri”nin ulduzu haqda məlumat toplayıb.
"Milan" futbolçu ilə ayrılmaq istəmir. Bu səbəblə İtaliya klubu onun üçün 100 milyon avro tələb edəcək.
26 yaşlı futbolçunun özü də çıxışını Avropada davam etdirməyi planlaşdırır.
"Bavariya" hələ də Rafael Leao üçün əsas namizəd hesab olunur, "Milan" güzəştə getmək istəməsə də, Münhen klubu transferdə israrlıdır.
“Barsa” mövsümdə ilk transferini reallaşdırıb - RƏSMİ Uilyams heç bir klubla danışıq aparmayacaq: YALNIZ “BARSELONA”NI İSTƏYİR DÇ-2025-də stadionlar boş qalıb: ABŞ-də futbola maraq yoxdur Şeşko uğrunda mübarizə: "Arsenal" 1 addım öndə “Milan”, “Napoli” və “Roma” eyni forvardla maraqlanır