Milan ın yeni transferi zədələndi

14.01.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Milan"ın yeni transferi zədələndi

"Milan"ın yeni transferi Niklas Füllkruq zədələnib.

QOL.az xəbər verir ki, bu haqda "Corriere della Sera" məlumat yayıb.

32 yaşlı hücumçu ayağından zədə alıb və oyunlarına ara vermək məcburiyyətində qalıb. Onun ən azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

Qeyd edək ki, Füllkruq yanvarın 2-də "Vest Hem"dən "Milan"a transfer hüququ ilə icarəyə verilib. O, 2026-cı ildə "Kalyari", "Cenoa" və "Fiorentina"ya qarşı oyunlar da daxil olmaqla, A seriyasında üç matça çıxsa da, qol vura bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью