“Milan” ingilis vingerə görə 40 milyonundan keçməyə hazırdır

25.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Siti"nin vingeri Cek Qriliş yayda klubunu dəyişə bilər. Sport24.az "The Mirror" portalına istinadən xəbər verir ki, "Milan" ingilisə maraq göstərir.

İtaliya nəhəngi yayda ingilis vinger üçün qarşı tərəfə 40 milyon avro təklif etməyə hazırdır.

Bildirilir ki, "Mançester Siti" təklifə açıqdır. Klubun baş məşqçisi Pep Qvardiola futbolçunu komandasında görmür.

Qeyd edək ki, Qriliş 2021-ci ilin yayında 117,5 milyon avroya "Mançester Siti"yə keçib ki, bu da klub tarixinin ən bahalı transferidir. Cari mövsümdə Qriliş "şəhərlilər"in heyətində bütün yarışlarda 26 matçda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью