Report.az saytına istinadən Icma.az xəbər verir. "Milan" "İnter"lə Milan derbisində 0:2 hesabından “geri dönüş” 8-ci dəfə İtaliya Superkubok
“Report” xəbər verir ki, qarşılaşma Ər-Riyadda (Səudiyyə Ərəbistanı) neytral “Əl-Əvval Park” stadionunda keçirilib.
Matçın baş hakimi italiyalı Simone Sodza olub. Görüş "Milan"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 45+1-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines açıb. 48-ci dəqiqədə Mehdi Taremi ev sahiblərinin üstünlüyünü ikiqat artırıb.
52-ci dəqiqədə Teo Hernandes buraxılmış qollardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə Kristian Pulişiç hesabı bərabərləşdirib.
90+3-cü dəqiqədə "Milan"ın hücumçusu Temmi Abraham komandasını önə çıxarıb.
İtaliya Superkuboku ikinci dəfə dörd komandanın iştirakı ilə pley-off sistemi ilə keçirilib.
Yarımfinalda "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. "Milan" isə öz növbəsində "Yuventus"u turnirdən kənarlaşdırıb - 2:1.