Milan İtaliya kubokunu əldən verdi

15.05.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gecə İtaliya kubokunun qalibi müəyyənləşib.

QOL.az xəbər verir ki, finalda “Milan” “Bolonya” ilə qarşılaşıb. "Milan" matçda 0:1 hesabı ilə uduzaraq titulu əldən verib.

Həlledici oyunda "Bolonya"ya kubok qazandıran yeganə qolu 53-cü dəqiqədə Dan Ndoye vurub.

Xatırladaq ki, İtaliya kubokunun ötən mövsümdəki qalibi "Yuventus" olmuşdu.

Qeyd edək ki, A seriyasında sona 2 tur qalmış "Bolonya" 62 xalla 7-ci, "Milan" isə 60 xalla 8-cidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью