Milan klubları üçün uğursuz tur VİDEO

06.04.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya A Seriyası 31-ci turun 3 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, "Milan" klubları uğursuz çıxış ediblər.

Lider "İnter" Parma səfərində 2:0 hesabı ilə önə keçsə də, qələbəni əldən verib. Meydan sahibləri iki qol vuraraq, vacib 1 xal qazanıblar.

"Milan" - "Fiorentina" matçında hadisələr əksinə cərəyan edib. "Rossoneyerilər" start 0:2 hesabı ilə geri düşsələr də, əzmkarlıq göstərə biliblər. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

İtaliya A Seriyası
31-ci tur
5 aprel

17:00. "Montsa" - "Komo" - 1:3
20:00. "Parma" - "İnter" - 2:2

22:45. "Milan" - "Fiorentina" - 2:2

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью