Milan klubu Markus Reşforda təklif göndərib

08.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

İtaliyanın "Milan" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in hücumçusu Markus Reşforda təklif göndərib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu ingiltərəli futbolçunu qış fasiləsində heyətinə qatmağı hədəfləyib.

"Milan" artıq "Mançester Yunayted"ə futbolçunu satınalma hüququ da daxil olmaqla icarəyə götürməyi təklif edib. 27 yaşlı hücumçu ilə Almaniyanın "Borussiya" (Dortmund) klubu da maraqlanır.

Qeyd edək ki, M.Reşfordun Mançester komandası ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью