Milan klubunda yeni təyinat

02.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İtaliyanın “İnter” klubu 28 il təşkilatda çalışan idman direktoru Pyero Auzilionun komandadan ayrıldığını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Milan təmsilçisinin baş idman direktoru postuna Auzilionun sabiq müavini Dario Baççin gətirilib.

1990-cı illərin sonunda “gürzələr” ailəsinə qoşulan Auzilio fəaliyyətinə gənclər akademiyasında katib kimi başlayıb. Mütəxəssis 2014-cü ildə əsas komandanın idman direktoru vəzifəsinə gətirilib və bu günədək həmin postu tutub.

Auzilionun rəhbərliyi dövründə “İnter” həm daxili, həm də beynəlxalq arenada böyük uğurlara imza atıb. Komanda bu müddətdə 3 dəfə İtaliya çempionluğu (A Seriyası), 3 dəfə İtaliya Kuboku və 3 dəfə İtaliya Superkubokunu qazanıb. Bundan əlavə, Milan klubu 2 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə isə Avropa Liqasının finalında mübarizə aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью